Əlaqə Arxiv
news Image
2012.06.01
15:40
| A A A
Sabunçu rayonunda 6 yaşlı uşaq kamazın altında qalıb öldü

Ötən gün Sabunçu rayonunda 6 yaşlı uşaq "KamAZ" markalı avtomaşının altında qalaraq ölüb.

Hadisə Kürdaxanı-Mehdiabad yolunda qeydə alınıb. Qeyd edək ki, 6 yaşlı körpə hadisə yerindəcə keçinib. Ölən uşaqın adı Elton Elnur oğlu Məmmədovdu.

Onuda qeyd edək ki, Sabunçu Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan "KamAZ"ın sürücüsü ifadəsində bildirib ki, azyaşlı avtomaşının yoluna qəfil çıxdığından əyləc sistemini vaxtında işə sala bilməyib. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, körpənin ölümündə ilk növbədə onu diqqətsiz qoyan valideyinlər günahkardırlar.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz