Əlaqə Arxiv
news Image
2012.06.01
16:11
| A A A
Bu gündən məktəbi bitirən şagirdlər üçün yeni həyat başlanır

Xatırladaq ki, Təhsil Naziri Misir Mərdanov Bakıda keçirilən son zənglərin məktəbdən kənarda keçirilməməsi üçün xəbərdarlıq etmişdi. Lakin buna baxmayaraq dünən Bakı bulvarını ancaq məzunlar əhatə etmişdi.

Qeyd edək ki, məzunlardan heç biri onlara qoyulmuş qadağa haqda fikirləşmirdi. Hətta bəzilərinin təhsil nazirliyinin qoyduğu qadağanı pozmaq xoşuna da gəlmişdi. Görünən mənzərədən belə başa düşmək olurdu ki, onlara heç kim qadağa qoya bilməz.

Məzunlardan biri: "Axı Nazir sərəncam verib ki, məzunlar məktəbdən kənarda son zəngi qeyd etməməlidirlər?" sualına meyxana ilə cavab verib:

"A kto on takoy? Davay, do svidaniya".

Bir sözlə məzunlar dünən son zənglərini necə lazımdı qeyd ediblər. Onlar əylənərkən, polis işçiləri də, hüququ qaydaların pozulmaması üçün əllərindən gələni ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məktəbdən kənarda keçirilən şənliklərə və orada baş verən neqativ hadisələrə görə, valideyinlərin və bu şənlikləri təşkil edən şəxslərin cavabdehlik daşıdığını bildirib.

 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz