Əlaqə Arxiv
news Image
2012.06.02
12:44
| A A A
Avropa: Əli Həsənovun qeydlərini “nəzərə aldıq”

Avropa İttifaqının nümayəndəsi yüksək rütbəli Azərbaycan rəsmisinin Avropaya dair tənqidi çıxışlarının "nəzərə alındğını" bildirib.


Rolan Kobia söz azadlığının mövcud olduğunu qeyd edərək hər kəsin ifadə haqqına malik olduğunu deyib.


"Ona görə də hər kəs nə istəyirsə, danışa bilər. Biz öz tərəfimizdən Əli Həsənovun qeydlərini nəzərə aldıq", Kobianın sözlərindən APA agentliyində iqtibas gətirilir.


Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Parlamentinin və Avropa ölkələrinin ünvanına tənqidi bəyanatla mayın 31- də keçən konfransda çıxış edib.

Tənqid

Movqe.Az BBC news -a istinadən bildirir ki, vətəndaş cəmiyyətinin inkişafında Qeyri Hökumət Təşkilatların roluna həsr olunmuş tədbirdə rəsmi Eurovision Mahnı Müsabiqəsi vaxtı Avropanı qərəzli mövqe tutmaqda ittiham edən rəsmi Şərqi Tərəfdaşlıq proqramını tənqid edib.


"Mən bunun münasibətlərdə yalnız bir epizod olduğunu deyə bilərəm. Avropa ölkələri Azərbaycanın əsas investorudur və tərəflər bir-biri ilə əlaqə saxlamaqda maraqlıdır. Buna görə də yaxınlaşma vektoru dəyişməz qalacaq"


Rasim Musabəyov, millət vəkili

"Görürsüz də, Avropa İttifaqı bizimlə qonşuluq proqramını qəbul edib. Başınıza dəysin bu proqram ki, uzun illərdir azərbaycanlı məmurlar viza almaqdan ötrü növbəyə dururlar. Biz heç nə ilə sizdən pis deyilik", - rəsmidən bu iqtibas Contact.az xəbərlər portalında dərc olunub


Bundan əvvəl Bakıda Avropa ünvanına tənqidi çıxışlarda qərbyönlü siyasi kursun dəyişdirilməsi istisna edilməyib.

Bu bəyanatlar Avropa ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə iyunun 1-də Brüsseldə keçəcək danışıqlardan əvvəl səslənib.


Siyasi kurs

BBC Azərbaycancaya müsahibəsində politoloq Rasim Musabəyov deyib ki, bəyanat Avropa Parlamentin qətnaməsinə reaksiya olub.


"Avropa İttifaqı Azərbaycan siyasətinin korrektləşdirilməsini istəyir. Lakin rəsmi bunun ardınca mentor tonunda qəbul olunan, qətnaməyə reaksiya verib. Hərçənd ki, mən bunun münasibətlərdə yalnız bir epizod olduğunu deyə bilərəm. Avropa ölkələri Azərbaycanın əsas investorudur və tərəflər bir-biri ilə əlaqə saxlamaqda maraqlıdır. Buna görə də yaxınlaşma vektoru dəyişməz qalacaq", - millət vəkili Rasim Musabəyov belə deyib.


Turan agentliyinə müsahibəsində Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Əli Həsənovun bəyanatlarında bir sıra həqiqətlərin olduğunu deyib.


"Əvvəla, Əli müəllim ilk dəfə az qala açıq etiraf elədi ki, hakimiyyət çox ağır durumdadır və həm də onun bütün potensial tərəfdaşları ilə münasibəti pozulub. İkincisi, o bildirdi ki, hakimiyyətin heç bir dialoq və islahat aparmaq niyyəti yoxdur, çünki belə istəyi olanlar ən azı Əli müəllimin ritorikasından istifadə eləmirlər".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz