Əlaqə Arxiv
news Image
2012.06.02
11:27
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında İyunun 02-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti olacaq.

Abşeronun şimal çimərliklərində dəniz suyunun temperaturu 21-22, cənub çimərliklərində isə 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə iyunun 02-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq. 

İyunun 02-də Respublikanın ayrı-ayrı rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, temperaturun ötən günlərə nisbətən 3-4 dərəcə aşağı enəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz