Əlaqə Arxiv
news Image
2012.06.02
22:17
| A A A
Rektorlara xəbərdarlıq olundu
Azərbaycanda bəzi universitetlərdə tələbə təşkilatlarına lazımi qiymət verilmir. Movqe.Az-ın  Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qurultayında bildirib.

"Biz bilirik ki, bəzi universitetlərdə təəssüflər olsun ki, tələbə təşkilatlarına lazımi qiymət verilmir. Bəzi universitetlərdə tələbə-gənclər təşkilatlarına münasibət rektorluq və ali təhsil ocağının rəhbərliyi tərəfindən, nə də infrastruktur və şərait baxımından lazımi səviyyədə deyil. Bunu açıq bəyan etmək istəyirik", - o deyib.

 O qeyd edib ki, ATGTİ-nin qarşısında çox önəmli bir missiya var.

 Onun sözlərinə görə, İttifaq hər bir tələbənin hüququnun qorunmasında, onun nailiyyətinin, uğurunun, probleminin, çətinliyinin universitet rəhbərliyinə çatıdırılmasında mühüm vasitə, körpü rolunu oynamalıdır.

 PA rəsmisi qeyd edib ki, hər bir universitetdə tələbə təşkilatı üçün xüsusi şərait yaradılmalıdır. "Tələbə təşkilatları öz hüquqlarından istifadə edərək daha səmərəli, daha güclü təşkilata çevrilmək üçün çalışmalıdır", - o bildirib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz