Əlaqə Arxiv
news Image
2012.06.04
15:20
| A A A
Bəxtiyar Hacıyev azadlıqdadır

Keçmiş deputatlığa namizəd və ictimai fəal Bəxtiyar Hacıyev bazar ertəsi Ali Məhkəmədə, əvvəlkə appelyasiya məhkəməsinin cavabından etdiyi şikayətə baxılması nəticəsində şərti azadlığa buraxılıb.

Movqe.Az Turan agentliyinə istinadən xəbər verir ki, Ali Məhkəmə Hacıyevin şikayətini təmin edib və onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması və hökmün dərhal icrası haqqında qərar qəbul edib.

Hacıyev qalan 9 ayı isə Azərbaycanı tərk etmədən "çəkəcək".

Cəzanın şərti olaraq çəkilməsinin icrasına isə Gəncə şəhəri, Nizami rayon məhkəməsi nəzarət edəcək.

 

Xatırladaq ki, Hacıyev bundan əvvəl, cəzasının üçdə birini çəkdiyini görə, vaxtından əvvəl azadlığa çıxmaq barədə bir neçə dəfə müraciət etsə də, uğursuz olub.

Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs olunub.

Mayda isə Gəncə məhkəməsinin hökmü ilə fəal 2 illik azadlıqdan məhrum edilib.

Məhkəmə onu qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə təqsirli bilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz