Əlaqə Arxiv
news Image
2012.06.04
17:05
| A A A
Azərbaycanda ovun qadağan edildiyi ərazilərin siyahısı açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ov edilməsi qadağan olan ərazilərin siyahısını açıqlayıb.

Movqe. Az APA – ya istinadən bildirir ki, nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib. 

Onun sözlərinə görə, Azərbaycanda ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. H. Əlizadə birdəfəlik ov icazəsinin qiymətlərini də açıqlayıb. O deyib ki, bu məbləğ dovşan üçün 2 manat 20 qəpik, çaqqal üçün 3 manat 96 qəpik, yenot və qunduz üçün 1 manat 65 qəpik, təkə üçün 24 manat 75 qəpik, qaban (çöl donuzu) üçün 16 manat 50 qəpikdir. 

Qeyd edək ki, Azərbaycan ərazisində 2012-2013-cü illər üçün ov mövsümü iyunun 2-dən açıq elan edilib.
 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz