Beynəlxalq "Oksfam" humanitar təşkilatının araşdırmasına görə, Azərbaycanda istehlakçılara təqdim olunan məhsullar keyfiyyət cəhətdən bəzi MDB ölkələrindən geridə qalır. Bu gün ölkəmizdə insanların sağlamlığının qorunması naminə qida təhlükəsizliyinə nəzarət edilsə də, görünür, həyata keçirilən tədbirlər yetərli deyil. Hələ də bazarda külli-miqdarda keyfiyyətsiz məhsula yer verilir.
"Oksfam" təşkilatının araşdırmasının
nəticələri ilə razılaşan AİB sədri Eyyub Hüseynov Azərbaycanda
istehlakçılarının mənafeyinin tam qorunmadığını bildirir: "Mən
"Oksfam" təşkilatının mövqeyi ilə razıyam. Bunun bir neçə səbəbi
var. Burada qlobal səbəb ondan ibarətdir ki, istehlakçıların
mənafeyi tam nəzərə alınmır. Digər əsas səbəb qanunvericilikdəki
boşluqlardır. İkincisi ölkədə müstəqil laboroaoriyaların olmaması
da mövcud problemlərdən biridir. Bundan başqa, Azad İstehlakçılar
Birliyinin pis işləməsi, qida təhlükəsizliyinə nəzarət edən
orqanların effektsiz işi və s. problemlərin ortaya çıxmasına səbəb
olur. Əlbəttə, bütün bu işlərdən qayğılanan ABŞ-ın İnkişaf
agentliyi, 5 ildir Azərbaycanda ərzaq mallarının rəqabətə
davamlılığına nəzarəti həyata keçirir. 2012-ci ildən etibarən
isə bizdə treninqlər keçirilir və hal-hazırda AİB olaraq
mallara qida təhlükəsizlik nişanı veririk. Artıq 3 müəssisəyə belə
nişan vermişik. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü
olduqdan sonra vəziyyət daha da pisləşəcək. Beynəlxalq təşkilatlat
da bu pisləşmə vəziyyətini görür.
Biz tarladan istehlakçının stolunun üstünə qədər qida məhsullarının izlənmə prosesini həyata keçirəcəyik. Təsadüfi deyil ki, 16 yanvar 2014-cü ildə Prezidentin ayrıca sərəncamı çıxdı. Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının təkmilləşdirməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamdır. Bu sərəncamda bir sıra müsbət məqamlar göstərilibdir. Əgər dediyim qlobal problemlər düzələrsə, sərəncam yerinə yetirilərsə və qida təhlükəsizliyik nişanının verilməsi ilə bağlı bizim fəaliyyətimiz güclənərsə, onda vəziyyət yaxşıya doğru dəyişə bilər".
Azərbaycan Tibb Universiteti
Qidalanma və kommunal gigiyena kafedrasın müdiri, tibb elmləri
namizədi, dosent İbrahim Əhmədov isə hər bir insanın öz
sağlamlığının qayğısına özünün qalmalı olduğunu deyərək, insanları
qida seçərkən diqqətli olmağa çağırır: "İndi yeyinti
məhsullarının əldə edilməsi, daşınması, istehsalı, saxlanması
qaydalarının əməl edilməsinə respublikamızda nəzarət kafi dərəcədə
olmadığından və istehsalçıların, tədarükçülərin, emalçıların
işlərinə vicdanlı münasibət bəsləmədiklərinə görə, yeyinti
məhsullarının keyfiyyyətinə zəmanət vermək çox çətindir. Onun
etibarlılığını qiymətləndirmək çox çətindir. Hər bir insan
sağlamlığının qayğısına qalırsa, aldığı məhsulun, istifadə
etdiyi qidanın heç olmasa, özünün təsəvvürləri daxilində
təhlükəsizliyinə vizual olaraq baxmaqla, onun xüsusiyyətlərini,
qoxusunu, dadını, rəngini araşdırmaqla seçim etməlidir. Yoxsa, hər
an qida infeksiyaları və zəhərlənmələri baş verə bilər".