Əlaqə Arxiv
news Image
2012.06.04
22:07
| A A A
Misir Mərdənov barəsində yanlış məlumat yayıldı
“Nazirin işdən çıxarılması ilə bağlı yayılan məlumatlar təxribatdan başqa bir şey deyil"

Təhsil naziri Misir Mərdənovun vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu SalamNews-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. O deyib: "Hazırda M.Mərdənov xarici ölkədə səfərdədir. O, xaricdə keçirilən beynəlxalq konfransda Azərbaycanı nazir kimi təmsil edir. Təbii ki, nazirin işdən çıxarılması ilə bağlı yayılan məlumatlar təxribatdan başqa bir şey deyil".

Xatırladaq ki, Azərbaycanın bir sıra KİV-ləri bu gün Prezident İlham Əliyev tərəfindən təhsil naziri Misir Mərdanovun işdən azad olunması haqqında Sərəncam imzalaması barədə məlumat yayıblar.

Sizin Reklam Yeriniz