Zəlzələ olub
Movqe.az Türkiyə mediasına istinadən xəbər
verir ki, Türkiyənin Mərmərə bölgəsində 4.6 bal gücündə zəlzələ baş
verib. Boğaziçi Universiteti Kandil Rəsadxanası və Zəlzələ
Araşdırma İnstitutundan verilən məlumata görə zəlzələ 16.59
radələrində meydana gəlib. Zəlzələ çaxnaşmaya səbəb olub.Küçələrə
çıxan vətəndaşlar yenidən evlərinə qayıtmaqda tərəddüd edib.
Təhlükəsizlik kameralarına böyük bir təlaşla dükanları tərk edən
müştərilərin görüntüləri əks olunub. Zəlzələdən sonra məlumat verən
geofizik mühəndisi Hakan Ağ yarana biləcək təkanların müşahidə
edilməsinin vacib olduğunu bildirib.