Əlaqə Arxiv
news Image
2012.06.05
15:48
| A A A
Azərbaycanlı tələbələr də vahid tələbə kartından istifadə edəcək

Movqe.az xəbər verir ki, Azərbaycanda 200 minə yaxın tələbəyə vahid tələbə kartı veriləcək.

"Növbəti 200 minə yaxın kart sifariş edilib. Mən inanıram ki, qısa müddətdə bu kartlar çap ediləcək və bütün tələbələrə çatdırılacaq. Ali məktəb tələbələri ilə yanaşı, peşə məktəblərinin tələbələri də bu kartlarla təmin olunacaqlar. Biz çox istərdik ki, Azərbaycanda da ticarət müəssisələri bu endirim prosesinə qoşulsunlar. Lakin hazırda Gənclər və İdman Nazirliyi ilə digər qurumlar arasında belə endirimlərin tətbiqi ilə bağlı heç bir danışıq aparılmır"-bu sözləri gənclər və idman naziri Azad Rəhimov öz nitqində bildirib. Onun sözlərinə əsasən, ilk kartlar Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından seçilmiş 100 gəncə təqdim edilib. O, əlavə edib ki, Avropanın 37 ölkəsində 30-40 minə yaxın ticarət müəssisəsi bu kartlar üzrə güzəştlər tətbiq edir, həmçinin nəqliyyat vasitələri və hotellərdə də bu güzəştlər tətbiq edilir.

Sizin Reklam Yeriniz