Əlaqə Arxiv
news Image
2012.06.05
16:32
| A A A
“Bir dəfə işləmədinsə heç zaman işləməyəcəksən?”

 "Dünyada gənclərin işsizlik həddi rekord səviyyəyə çatıb. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, dünyada 15-24 yaş arasındakı gənclərin 81 milyon nəfəri işsizdir. Təşkilat bu acınacaqlı vəziyyətin daha da kəskinləşə biləcəyi barədə xəbərdalıq edib".

Hal –hazırda dünyada 81 milyondan da çox işsiz gənc var. Və onlarında hamısı ali savadlı və əmək qabilliyətlidir. Bu gün Azərbaycanda bu problemin həlli yollarını axtarır. Bu statistikanı görəndə ağıla bir sual gəlir, iş yerləri bu qədər azdır ki, savadlı gənclərimiz işsizlikdən əziyyət çəkirlər? Lakin eyni zamandada addım başı işçi tələb olunan elanlara rast gəlirik. Metroda, qatarda, avtobusda, addım başı hər yerdə bu cür elanlara rast gəlmək olar. Bəs görəsən problem nədədir?
Ali məktəbi qızıl diplomla bitirən Lamiyə Abbasova da eyni problem ilə üzləşib: "Artıq iki ildir ki, ali məktəbi bitirmişəm. Lakin işsizəm. Hara getsəmdə iş vermirlər. Səbəb isə iş stajımın olmamasıdır".
Apardığım araşdırma zamanı, bu sözü bir çox gənclərdən eşitdim. Və bunu deyən gənclərin əksəriyyəti də, savadlı və istedadlı olanlar idi. Qəribəsi də odur ki, iş elanlarında staj haqqında heç bir məlumat verilmir. İş axtaran gənc isə bu cür yerlərə, iş tapmaq ümidi ilə müraciət edib, kor peşman qayıdası olur.
işsiz gənclər müxtəlif təşkilatlara iş tapmaq üçün daim müraciət edirlər. Hökümət ya qeyri hökümət təşkilatlarında iş tələb edənlər siyahısına düşənlərin əksəriyyəti razı salınmır. Beləki demək olar hər yerdə əsas götürülən şərt işçinin, daha doğrusu işə götürülən şəxsin təcrübəli olmasıdır.
Psixoloq Sevin Allahyarova isə bəzən işsizliyə gənclərin kompleksinin də, gətirib çıxardığını deyir: "Bəzi hallarda gənclərimiz iş görüşünə gedərkən, özlərində sıxıntı, utanc və s. kimi hallar hissedirler. Buda onlarda bir növ kompleksin yaranmasına gətirib çıxarır. Hətda elə olur ki, bilikli və savadlı şəxs iş görüşməsi zamanı özünü itirdiyindən, istedadının hansı səviyyədə olduğunu tam aça bilmir. Bu isə bir növ problemə gətirib çıxara bilir. Çünki kompleksli şəxs həyatda yerini tapmaqda da çətinlik çəkir, nəyin ki, iş tapmaqda".

Əgər stajım yoxdursa işsiz qalmalıyam?


Staj – işləyərkən yığılan təcrübə deməkdir. Yəqin ki, bu sözü iş axtaran tələbələrimiz tez-tez eşidirlər. Aparılan araşdırmadan belə bir nəticəyə gəlirəm ki, əgər heç bir yerdə staj yığmamısansa, səni heç bir ciddi iş yerində qəbul etməyəcəklər. Əgər ali təhsilli tələbəyə heç kim ehtiyac duymursa, işə götürmürsə, bu tələbə haradan və nədən başlasın? Düzdür yaxşı firma istər ki, onun işçisi təcrübəli olsun. Amma bir şeyidə başa düşmürlər ki, bu tələbəyə hamı yox desə, o ömür boyu təcrübəsiz olaraq qalacaq.
Ekspert Aynurə Kərimova deyir ki, bu problemin kökündə işsiz insanların təcrübəsiz olmaları deyil: "Əgər qabaq iş yerlərinin az olmasından şikayet edirdiksə, bu gün bu problemdə həllini tapıb. Hal – hazırda Azərbaycanda hər gün yeni iş yerləri açılır. Və bu iş yerlərinin də, bir çoxunun tələbi heç də, işçinin stajlı olması deyil. Məsələ ondadır ki, bizim gənclər ilk dəfə işə başlayaraq, tez bir zamanda yaxşı maaş tələb edirlər. Bu isə çox vaxt mümkünsüzdür. Axı özünüzdə deyirsiniz ki, təcrübəsiz işçi! Bu işçinin aldığı ləvazimət necə yüksək ola bilər? Təbii ki, iş haqqının az olduğunu görən gənc, işsizlikdən gileylənəcək".
Dünyada elə bir ölkə yoxdur ki, orada gənc kadrların işsizlik problemi tam şəkildə həll edilmiş olsun. Əslində gənc kadrların işlə təminatı ilə bağlı çətinliklərin çözülməsi üçün onlara vakant iş yerləri təklif olunur. Bəzi hallarda isə gənc kadrlar özləri müəyyən səbəblərədən bu yerlərdən imtina edir.

Düzdür iş yerlərinin çox olduğunu bizdə danmırıq. Lakin gənc iki ali təhsillidirsə, səkkiz il təhsil almaq üçün külli miqdarda pul xərcləyibsə, hələ mən məktəb illərini demirəm, niyə onu qane etmiyən işdə işləməlidir? Elə çıxır ki, çəkdiyi əziyyət boşuna idi?


Ciddi iqtisadi fəsadlar törədə bilər...
Əksəriyyəti savadlı olan gənclərin işsizlik problemindən uzun müddət əziyyət çəkməsi sonda onların işləmək həvəsinin daha da azalmasına səbəb olur ki, bu da ciddi iqtisadi fəsadlar törədə bilər.
"Hər gün işçi tələb olunan müəssələrə müraciət edirəm. Amma hər gündə əli-boş qayıdıram. Sözün düzü nə edəcəyimi bilmirəm. Universiteti üç ildir ki, bitirmişəm. Hal-hazıda da, ailəliyəm. Buna baxmayaraq işsizlikdən əziyyət çəkirəm. Belə getsə işləməyə olan-qalan həvəsim də, itəcək", - Fuad Əlişov dedi.
Müasir dövrdə gənc ailələrin sosial vəziyyətinə mənfi təsir edən başlıca amillərdən biri də işsizlikdir. İş tapmağın çətinliyini indi həm ali təhsil alan, həm də təhsilsiz gənclər hiss edir. Statistikaya əsasən işsizlərin əksəriyətini 35 yaşa qədər olan gənclər təşkil edir. Onlar arasında işsizliyin maksimal səviyyəsini isə 20-24 yaş arasında olan  gənc kadrlar tutur.
"Gənc İnsan Hüquq Müdafiəçiləri" İctimai Birliyinin rəhbəri Fatma Məmmədova açıqlamasında bildirib ki, respublikamızda müxtəlif sahələr inkişaf etsə də, s
оsial və iqtisadi sferada prоblemlər qalmaqdadır: "Bu prоblemlərin dоğurduğu ciddi nəticələrdən biri də, əmək qabiliyyətli insanların müvafiq iş tapa bilməməsidir. İşsizliyin хüsusən, gənclər və qadınlar arasında geniş yayılması ölkədə təkcə sоsial-iqtisadi şəraitin pisləşməsinə deyil, həmçinin kriminоgen durumun da artmasına gətirib çıхarır".
Qeyd etdiyim ki, hesabata görə, 15-24 yaşlı əmək qabiliyyəli 620 milyon gəncin 81 milyonu işsizdir. Bu isə nəyinki, əmək fəaliyyətinin aşağı enməsinə gətirib çıxarır, eyni zamandada gənc ailələrin həyatında da müəyyən problemlər yaradır. Hal – hazırda bu problemlə məşğul olan bir çox hökümət və qeyri hökümət təşkilatları olsada, problem yenədə çözülməz olaraq qalır.


Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz