Əlaqə Arxiv
news Image
2014.01.29
10:00
| A A A
Satışa köhnəlmiş ətlər çıxarılır?!
İmran Abdullayev: “Ət köhnələrsə, istifadəyə yararsızdırsa, atılmalı, məhv edilməlidir” Aslan Aslanov: “Köhnə ətlərin keyfiyyətsiz olması təsdiq olunandan sonra onun haqqında qərar qəbul edilir”

Xaçmazda və Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsi yaxınlığında tapılan at və uzunqulaq sümüklərindən sonra, satışda olan ətə qarşı əhali arasında inamsızlıq başadüşüləndir. Çünki, real satış qiymətindən qat-qat ucuz qiymətlərlə müştəriyə satılan bəzi ətlərin mənşəyi insanda şübhə doğurmaya bilməz. Eyni zamanda araşdırmalara görə, hazırda satış bazarlarında hələ də köhnə, iy-qoxusu ətrafı bürüyən ətlərə rast gəlmək mümkündür. Sallaqxanalarda tonlarla qalmış ət buna bir işarədir. Müvafiq qurumlar isə satışda belə ətlərə ciddi nəzarət olduğunu söyləyirlər.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev bildirir ki, ət yerdə köhnəlməz: "Ət köhnələlibsə, köhnəlmə dərəcəsinə görə yarasız hesab olunursa, baytarlıq orqanının icazə altında atılmalıdır. Ancaq köhnəlmiş ətin sonradan hara atılması, hara verilməsi konkret qəssabdan asılı olan bir məsələdir. Ət köhnələrsə, istifadəyə yararsızdırsa, atılmalı, məhv edilməlidir. Amma konkret bir yerdə köhnəlmiş ət aşkar olunubsa, müayinəsi aparılır. Ət yararlı, tam yaralı və şərti yararlı ola bilər. Yararlı və tam yaralı ətin satışına icazə verilir. Amma şərti yararlı olanlar kolbasa və konserva istehsalına verilə bilər. Hətta orda da müəyyən şərtlər qoyulur. O şərtlər də ondan ibarətdir ki, həmin məhsulların əlavə bişirilməyə, qaynamağa ehtiyacı olsun. Məsələn, tərkibində bakteriya çöpləri, salmaneya olan toyuqların ətindən də konservada istifadə edilə bilər. Amma orada qeyd olunur ki, bunlar mütləq əlavə qaynadılmalıdır. Burda müxtəlif şərtlər olduğu üçün o məhsullara şərti yararlı deyilir. Hətta belə məhsullar yenidən emala verilə bilər. Amma məhsul yararsız hesab edilirsə, mütləq məhv edilir".

Şöbə müdirinin sözlərinə görə, siravi vətəndaşın köhnə ətin yeni ətdən ayırd etməsi bir o qədər də çətin məsələ deyil: "Kiçik kəsilmiş köhnə ətlərdə ilkin olaraq qaralma, tündləşmə, üzərində nazik örtük halları müahidə edilir. Amma böyük parçalarla kəsilmiş ətlərdə qaralmalar varsa, artıq onun uzun müddət açıq havada qalmasından xəbər verir. İkinci hal isə ağırlaşmış ətlərdər ki, onlarda xoşagəlməz iy olur. İlkin olaraq belə iy gəlirsə, o əti almaq düzgün deyil".

Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov "Mövqe"yə açıqlamasında bildirdi ki, köhnə ətlərin keyfiyyətsiz olması təsdiq olunandan sonra onun haqqında qərar qəbul edilir: "Əgər ətlər insan qidası üçün yararsızdırsa, krematoliyada yandırılaraq, məhv edilir. Köhnə əti ayırd etmək üçün əsas göstərici onun iylənməsidir. Onlar istifadəyə yarasız halda olur, kimyəvi tərkibi, xüsusiyyətləri dəyişir, züalları məhv olur. Ancaq bəzən camaat arasında camış ətinə qarşı biganəlik olur. Onu bildirim ki, camış ətinin heç bir ziyanı yoxdur, keyfiyyətli ətdir. Onun satışı qadağan deyil. Amma bazarlarda hansısa satıcı camış əti satırsa, onun üzərinə camış əti olduğunu yazmalıdır".

Bundan başqa, idarəsi rəisi ictimai iaşə obyektlərində, kolbasa məmulatları sexlərində, baytarlıq obyektlərində yenidən yoxlamalara başladıqlarını bildirdi: "Bununla bağlı əmr imzalanıb və idarənin həkimləri şəhərdəki obyektlərə ezam olunublar. Yoxlama zamanı ictimai iaşə obyektlərində, kolbasa məmulatları sexlərində istifadə olunan ətlərin mənşəyi araşdırılır".

İdarə rəisi onu da əlavə edib ki, emal müəssisələrinə, kolbasa sexlərinə və digər obyektlərə sümükdən ayrılmış ətin qəbul olunmaması barədə göstəriş verilib: "Hazırda reydlərimiz davam edir, hələ ki, neqativ hal aşkar olunmayıb".

Sizin Reklam Yeriniz