Əlaqə Arxiv
news Image
2014.01.29
10:40
| A A A
C vitaminini dərmanlardan deyil qidalardan alaq

C vitamini olan dərmanlardan istifadə böyrəkdə olan daşların meydana gəlmə riskini artırdığı bildirilir. 

İsveçdəki Karolinska İnstitutunun bir sıra elm adamlarının apardığı araşdırmada, nizamlı olaraq C vitamini həbi istifadə edən kişilərdə böyrək daşının meydana gəlmə riskinin daha çox olduğu göstərilib. Verilən məlumata görə 11 il davam edən araşdırmaya 23 min 355 adam qatılıb. 

Gündə 1000 mg C vitamini möhkəmlətməsi aparmaq istəyən şəxslərdə böyrək daşının meydana gəlmə riski, C vitamini istifadə etməyənlərə görə iki qat çox olduğu qeyd olunur. 

Daimi olaraq multivitamin istifadə edən insanlarda isə böyrək daşı riski ilə vitamin istifadəsi arasında əlaqə deyilənə görə müəyyən olunmayıb. 

Tərkibində C vitamini olan qidaların qəbulunun əhəmiyyətli olduğunu vurğulayan araşdırmaçılar, gündə ortalama 75 mg C vitamininin tövsiyə edildiyini bildirirlər. 


Sizin Reklam Yeriniz