Əlaqə Arxiv
news Image
2014.01.29
12:30
| A A A
5761 tələbə köçürülüb

2012-ci il martın 28-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən istifadəyə verilmiş "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə 2013-cü ilin noyabrınadək daxil olan məlumatlara əsasən, son 21 ildə Azərbaycan ali məktəblərinə xarici təhsil müəssisələrindən 5761 nəfər tələbə köçürülüb. Trend-in həmin sistemdə toplanılan məlumatlara istinadən verdiyi məlumatlara görə, bu müddətdə Azərbaycanın bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə edilən köçürmələrin sayı isə 4021 olub.Son 21 ildə Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində oxuyan 1225 tələbə təkrar kursda saxlanılıb. Daha çox ali təhsilin bakalavriat səviyyəsi üzrə tələbə kursda saxlanılıb. Ötən müddətdə 1046 tələbə bakalavriat, 70 tələbə magistratura, 58 tələbə tam orta təhsil bazasında orta ixtisas pilləsində, 51 tələbə ümumi orta təhsil bazasında orta ixtisas pilləsində təhsil alarkən kursda saxlanılıb.

Sizin Reklam Yeriniz