Əlaqə Arxiv
news Image
2014.01.30
21:33
| A A A
Badamın faydası

Gündə bir ovuc badam yemək xolesterolu azaltmaqla ürək sağlamlığı üçün xeyirlidir. Həmçinin insan orqanizminə 163 kalori, 3 qram lif, 6 qram zülal, 37% E vitamini, 19% maqnezium və 36% manqan verir.

Badamda olan E vitamini göz və dərinin daha gənc görünməsinə də təsir edir. 

Purdue Universitetinin elm adamları, hər gün badamdan istifadə edənlərdə kalori miqdarının digər insanlara nibətən fərqli olduğunu bildirib. Şirin və isti olan badam ağrı və acılara, yuxu keyfiyyətinə, zehni gücə də təsirlidir.

Badamı əzərək yulafla qarışdırdıqda dəri üçün mükəmməl bir vasitə alınır. Dəridə olan ölü hüceyrələri çıxarmağa da kömək edir.

Badamı səhər vaxtı və ya naharda yemək məsləhətdir. Badam ağır qida olduğundan axşam yemək məsləhət deyil.

Bir neçə doğranmış badamı bir çay qaşığı saf yağ və ya zeytun yağında yüngül qızardaraq buxarda bişmiş plova əlavə etmək olar.


Sizin Reklam Yeriniz