Əlaqə Arxiv
news Image
2012.06.06
17:00
| A A A
H.Klintonun səfəri ilə bağlı yol hərəkatı məhdudlaşdırılacaq

Movqe.Az xəbər verir ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ilə bağlı yol hərəkatı məhdudlaşdırılacaq.

Bu haqda Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov açıqlama verib.

"Hillari Klintonun səfəri ilə bağlı Bakının bəzi prospektlərində və küçələrində yol hərəkatı məhdudlaşdırılacaq. Bu gün saat 12:00-dan  başlayaraq tədbirin sonunadək Bakının hava limanından şəhərə gedən yolun istiqaməti dəyişiləcək.

Yusif Səfərov, Puşkin, Üzeyir Hacıbəyov, Azadlıq prospekti, Zərifə Əliyeva küç., Rəsul Rza, F.Xoyskiy və s. küçələrində yol hərəkatı məhdudlaşdırılacaq", - Namiq Həsənov deyib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz