Əlaqə Arxiv
news Image
2014.02.03
18:01
| A A A
Dini radikalizmə çevirənlər
Hacı Surxay Məmmədli: «Bu gün təəssüflər olsun ki, radikal dini cərəyanlar ata-ananı belə kafir hesab edirlər» Elşad Miri: «Əvvəlcə problemlərin özləri müəyyənləşdirilməli, ondan sonra onların aradan qaldırılması üçün müəyyən planlar hazırlanaraq tətbiq edilməlidir»

Bu gün bəzi zərərli dini cərəyanların mənfi fəsadları göz qarşısındadır. Ən azından  Suriyada artıq bir neçə azərbaycanlının həyatını itirməsi bunun bariz göstəricisi kimi çıxış edə bilər. Bəs onlarla gəncin məhvinə gətirən bu mənfi dini təsirləri necə neytrallaşdırmaq, onları necə uzaqlaşdırmaq mümkündür? 

İlahiyyatçı Elşad Miri isə dini fənlərin məktəb və universitetlərdə tədrisinin problemin həllində rol oynaya biləcəyini deyir: "Lap əvvəllərdən daim rəqabətdə olan dini cərəyanlar yeni arenadadırlar və bu arenada öz məqsədlərini həyata keçirməyə başlayıblar. Bunun nəticəsində də belə yanlış, insanlara ziyan vuran qruplaşmalar formalaşmağa başlayıb. Bunun qarşısını almaq üçün Qafqaz Müsəlmanlar İdarəsi maarifləndirmə, insanları bilgiləndirmə missiyalarını öz üzərinə götürməlidir. Əvvəlcə problemlərin özləri müəyyənləşdirilməli, ondan sonra onların aradan qaldırılması üçün müəyyən planlar hazırlanaraq tətbiq edilməlidir. 

Dini kadrlar yetişdirilsə, dini fənlər orta məktəblərdə və universitetlərdə fakültətiv olaraq tələbələrə tədris edilərsə, inanıram ki, bu məsələdə müəyyən məsafələr qət etmək olar". 


Sizin Reklam Yeriniz