Əlaqə Arxiv
news Image
2014.02.11
10:36
| A A A
Südün orqanizmə faydaları

Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə tempraturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun tərkibindəki fermentlər məhv olur. Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür. Bu baxımdan deyilənə əməl etmək və düzgün qidalanmaq vacibdir. Ümumiyyətlə, düzgün qidalanma dedikdə, insanın böyüməsi, inkişafı, sağlamlığı və uzun müddət yaşaması üçün ehtiyac duyulan su, enerji və qida elementlərinin (karbonhidrat, zülal, yağ, vitamin və mineralların) məcmusunu başa düşürük. Məlumdur ki, vücudun ehtiyac duyduğu ən önəmli qidalardan biri süd və süd məhsullarıdır. Süd, tərkibi zülal, yağ, vitaminlə (C vitamini xaric) və minerallarla (başda kalsium və fosfor) zəngin olan qidalardan hesab olunur. Həmçinin sinir sistemi funksiyalarının yerinə yetirilməsinə və bədən müqavimətinin inkişafının təmin edilməsində və immunitet sisteminin güclənməsində xüsusi rol oynayır. 


Süd uşaqlıq və yetkinlik dövründə güclü sümük və diş meydana gəlməsini təmin edir, sümük sıxlığını artırır, sağlam böyüməyə, xüsusilə də 1-4 yaş dövründə zehni inkişafa köməkçi olur. 

Böyüklər və yaşlılarda isə, sümük sağlamlığının qorunmasında təsirli rol oynayır və bədənin ehtiyac duyduğu zülal, kalsium, fosfor, B2 vitamini kimi bir çox qida elementini təmin edər. Buna görə daha sağlam və keyfiyyətli bir həyat üçün, uşaqların, gənclərin, hamilələrin hər gün ən azı 2 stəkan süd və 1 boşqab südlü məhsul, böyüklər və yaşlıların da, ortalama 2 stəkan süd içmələri lazımdır.

Sizin Reklam Yeriniz