Əlaqə Arxiv
news Image
2012.06.08
17:02
| A A A
Nizami rayonun sakinləri qorxu içindədirlər
Movqe.Az xəbər verir ki, Nizami rayonunun B.Nuriyev küçəsində sahibsiz itlərin sayı çoxalıb.

Movqe.Az-ın əməkdaşı lazımi orqanlara və qurumlara müraciət etsədə, məsələ cavabsız olaraq qaldı.

Lakin Nizami rayonun sakinləri sahibsiz itlər ilə mübarizənin həlli yollarını axtarırlar. Onlar sahibsiz itlərin öldürülməsini tələb edirlər. Qeyd edək ki, sakinlərin sözlərinə görə, bu, məsələnin yeganə həlli yoludur.

"Axşamlar biz küçəyə çıxa bilmirik. Körpə uşaqlı ailələr isə uşaqlarını çölə buraxmaqa qorxurlar. Çünki bu itlər hər kəsə hücum edə bilərlər. Lakin bunlara yiyə duran yoxdur", - deyə Nizami rayon sakini Səkinə Vəliyeva bildirib.

Qeyd edək ki, Nizami rayon sakinləri artıq bir neçə dəfə şikayət etsələr də, onların şikayətləri cavabsız olaraq qalıb.

Türkan Nadirqızı

Movqe.Az  

Sizin Reklam Yeriniz