Əlaqə Arxiv
news Image
2012.06.08
18:35
| A A A
Azərbaycan Minsk Qrupunu tənqid edir
Movqe.Az xəbər verir ki, Azərbaycan baş nazirinin müavini təmas xəttindəki gərgin vəziyyəti Ermənistanın təxribatı adlandırıb.

"İyirmi ildir həmsədr dövlətlər hər iki dövləti müharibədən çəkinməyə dəvət edirlər. Amma özləri heç bir addım atmırlar. Bəyanat vermək asandır. Bu bəyanatı verənlər, bu problemin həllində iştirakı olanlar hansı addımı atırlar? Problemi həll etmək üçün hansı işlər görürlər? Əgər belə yanaşsaq, onların bəyanatları boş sözlərdən başqa bir şey deyil. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan bu ədalətsiz vəziyyətlə heç zaman barışmayacaq", - APA agentliyində baş nazirin müavini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan iqtibas gətirilir.

Həftənin əvvəlində Qazax-Tavuş istiqamətində baş verən qarşıdurma nəticəsində 5 azərbaycanlı və 3 erməni hərbçisi öldürülüb.

İyunun 6-da Ermənistan KİV-lərində Qarabağın cənubundakı insidentdə bir çavuşun öldürüldüyü xəbər verilib.

Bakı ilə Yerevan baş verənlərdə qarşı tərəfi ittiham edirlər.

Qoşunların təmas xəttində yaranmış gərginlik barədə xəbərlər geniş beynəlxalq reaksiyaya səbəb olub.

NATO Cənubi Qafqaz üzrə əlaqələndiricisi William Lahue bu vəziyyətin sabitliyə təsir göstərə biləcəyi ilə bağlı narahtlığını dilə gətirib. Şimali Alyansın nümayəndəsi olayın təəssüf hissi doğurduğunu bildirib.

Vəziyyətlə bağlı narahatlığını iyunun 4-də Bakıya səfəri vaxtı ABŞ dövlət katibi və cümə axşamı Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

Rusiya agentliklərində Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin sözləri gətirilir.

"Biz tərəfləri güc istifadə etmədən Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinə çağırırıq".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz