Əlaqə Arxiv
news Image
2012.06.09
14:46
| A A A
BMT Dəməşqə təzyiqini artırır

Movqe.Az APA-ya istinadən xəbər ki, təşkilatın baş katibi Qubair kəndində qətliam barədə xəbərlərin dəqiqləşdirilməsi fonunda Suriyadakı zorakılıqla bağlı məyyusluğunu bildirib.

Ban Ki-Mun, BMT nümayəndəsi Kofi Annanın sülh planı üzrə Suriyanın əməkdaşlığına dəlalət edən məlumatların cüzi olduğunu deyib.

Müharibə təhlükəsi "labüddür"

"Tammiqyaslı müharibə təhlükəsi labüd və realdır, - Kofi Annan və Ərəb Liqasının baş katibi Nabil əl-Arabi ilə müştərək mətbuat konfransında Ban Ki-Mun xəbərdarlıq edib. - Daha neçə dəfə biz onları pisləməli və hiddətə gəldiyimizi artıq hansı şəkildə bildirməliyik".

Çərşənbə günü fəallar Qubair kəndində hökumət təmayüllü silahlılar tərəfindən 78 adamın qətlə yetirildiyini bildiriblər.

Hökumət olayda "terrorçu" qrupları ittiham edir.

Hadisə barədə ətraflı məlumat toplamaq məqsədilə Qubair kəndində BMT müşahidəçiləri göndərilib.

Bəzi xərbərlərdə BMT missiyasının kəndə buraxılmadığı deyilir.

Dövlət mediasında müşahidəçilərə maneələrin törədilməsi barədə xəbərlər təkzib edilib.

Müxalifət dairələrindən daxil olan məlumatda hökumət qüvvələri BMT nümayəndələrinin səfərindən əvvəl bəzi cəsədlərin gizlədilməsində ittiham olunur.

Qərb mediasına qoyulan məhdudiyyətlər ziddiyyətli xəbərlərin dəqiqləşdirilməsini çətinləşdirir.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz