Əlaqə Arxiv
news Image
2012.06.09
20:10
| A A A
İslam partiyasının sədr müavini azad olunub
Movqe.Az xəbər verir ki, ötən il məhkum edilən Arif Qəniyev məhkəmə qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Bu barədə Turan agentliyinə məlumat verən cənab Qəniyevin vəkili müvafiq qərarın iyunun 5-də qəbul edildiyini bildirib.

"Hazırda keçmiş məhbus Sumqayıtda, evindədir və mətbuata çıxmaq istəmir. Bir qədər dincəlməyə ehtiyacı var", - vəkil Anar Qasımlı deyib.

2011-ci ilin avqust ayında saxlanılan İslam partiyasının üzvünün maşını və üstündən odlu silahın, hərbi sursat və narkotik maddənin aşkar olunması bildirilib.

Yanvar ayında Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Arif Qəniyevi bir ildən artıq müddətə azadlıqdan məhrum edilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz