Fazil Talıblı: "Uyğunluq sertifikatı almayan qab satılırsa, demək, bunun keyfiyyətinə heç kim zəmanət vermir"
Çin istehsalı olan bir sıra məhsulların orqanizm üçün təhlükəli olması haqda daim media resurslarında məlumatlar görürürük. Ölkəmizə Çindən ən çox idxal olunan geyim malları və uşaq oyuncaqlarıdır ki, onlar da qiymətcə sərfəli olmasına baxmayaraq bir çox hallarda keyfiyyət cəhətdən aşağı olur. Son zamanlar isə ordan gətirilən bəzi qab-qacağın da orqanizm üçün təhlükəli olması barədə fikirlər səslənir. Qeyd olunur ki, bəzən Çindən gətrilən qab-qacağın hazırlanmasında melamin adlanan maddədən istifadə olunur ki, bu da təhlükəlidir.
Azad İstehlakçılar birliyinin sədri
Eyyub Hüseynov bu cür məhsulların yoxlanılmadan ölkəyə
buraxılmamalı olduğunu deyir: "Belə məhsullar dünyanın demək olar
ki, hər yerində satılır. Amma gərək bu məhsullar ölkəyə
gətirilərkən normalara cavab verib-vermədiyi yoxlanılsın və əhali
məlumatlandırılsın".
Gigiyena və Gigiyena və
Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev sisə
Movqe.az aytına verdiyi açıqlamada başqa ölkələrdən gətirilən bütün
məhsulların yoxlamalardan sonra ölkəyə buraxıldığını dedi: "Bu gün
Azərbaycana başqa ölkələrdən idxal olunan məhsullar Gömrük
Komisətinin nəzarətində yoxlanışdan keçirilir. Komitə bununla bağlı
Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi ilə birgə işlər aparır. Normalara uyğunluğu müəyyən
olunarsa, ölkə ərazisində istismara buraxılır".
Movqe.az-a açıqlama verən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı komitə tərəfindən
yoxlanışdan keçirilən bütün məhsullara uyğunluq sertifikatıın
verildiyi dedi. Mətbuat katibi istehlakçıların hər bir məhsul üçün
sertifikat tələb etmələrini məsləhət görür: "Çindən idxal
olunan qablar ən çox plastik qablardır. Plastik qabların insan
orqanizminə vurduğu zərərlə bağlı çox fikirlər səslənir. Bununla
bağlı həm istehlakçılar, həm də ki müəyyən ekspertlər müəyyən
fikirlər səsləndirirlər. Amma hər bir məhsulun öz standartı var.
Azərbaycan Respublikasında ölkəyə gətirilən hər məhsul müəyyən
tələblər əsasında yoxlanılır, laborotoriya şəraitində sınaqdan
keçirilir və bundan sonra satışa çıxarılır. Satışa çıxarılarkən isə
uyğunluq setifikarı ilə təmin edilir. Əgər uyğunluq sertifikatı
almayan qab satılırsa, demək, bunun keyfiyyətinə heç kim zəmanət
vermir. İstehlakçılar bu cür məhsullardan uzaq durmalıdırlar. Onlar
heç də çəkinmədən satıcıdan uyğunluq sertifikatı tələb etməlidirlər
ki, məhsulun yoxlanılıb-yoxlanılmadığını bilsinlər. Yəni, burda
istehlakçılar özləri diqqətli olmalıdırlar".