Əlaqə Arxiv
news Image
2012.06.11
12:40
| A A A
Fransa Əfqanıstandan qoşunlarını iyul ayında çıxarmağa başlayacaq
FransaƏfqanıstandan qoşunların çıxarılması prosesinə iyul ayında başlayıb, ilin sonuna kimi başa çatdıracaq.

Bu vaxt cədvəlinin Fransa prezidenti Fransua Olland tərəfindən açıqlanması, Əfqanıstanda Fransanın 4 əsgərinin öldürülməsi və daha 5 əsgərinin yaralanması xəbərindən bir neçə gün sonraya təsadüf edib.

Taliban Əfqanıstanın Kapisa bölgəsində intiharçının NATO konvoyuna hücum etdiyini bildirib.

BBC xəbər verir ki, Fransa qoşunlarının 2012 ilin sonunadək ölkədən çıxarılması prezident Ollandın seçkiqabağı öhdəliklərindən biridir.

Fransua Ollandın açıqladığı cədvəl ona dəlalət edir ki, Fransa Əfqanıstanı NATO qoşunlarından 2 il əvvəl tərk edəcək.

Son dövrdə ölkədə zorakılıq halları artıb. Taliban həm NATO qüvvələri, həm də Əfqan ordusuna qarşı hücumları gücləndirirb.

Əfqan rəsmilərinə görə, şənbə günü həyata keçirilmiş hücum zamanı intiharçı NATO konvoyuna burka (çarşab) geyərək yaxınlaşıb.

Hücum nəticəsində bir nəçə Əfqan mülkisi də yaralanıb.

Əfqanıstanda NATO qoşunları tərkibində hazırda 3300 fransız əsgəri var, say göstəricisinə görə Fransa Əfqanıstandakı əməliyyatlarda iştirak edən koalisiya iştirakçıları arasında 5-ci yerdə gedir.

Dünənki insidentdən sonra, Əfqanıstan münaqişəsində ölən Fransalı hərbçilərin sayı 87-ə çatıb.

Kapisa vilayətində bu ilin yanvar ayında da 4 Fransa əsgəri öldürülmüşdü. Həmin hadisədən sonra o zaman Fransa prezidenti olmuş Nikola Sarkozi Fransa qoşunlarının Əfqanıstandan 2013 ilin sonunda çıxarılacağını bildirimişdir.

Fransua Ollandın bəyanatı isə bu prosesi 1 il tezləşdirdi.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz