Əlaqə Arxiv
news Image
2012.06.11
21:15
| A A A
Rusiya polisi müxalifət liderlərinin mənzillərində axtarış aparır
 Moskva polisi sabaha Moskvada planlaşdırılmış hökümət əleyhinə mitinq ərəfəsi Rusiya müxlifəti liderlərinin mənzilində axtarış aparır.

Polisin hədəflədiyi liderlər arasında korrupsiya əleyhdarı, blogger Aleksey Navalnı, Sergey Udaltsov və İlya Yaşin var.

İstintaq polislə mitinqçilər arasında mayın 6-da baş vermiş toqquşmalar ilə bağlı aparılır.

Ötən cümə günü prezident Vladimir Putin icazəsiz mitinq təşkil edən və mitinq zamanı zərər vuran və xəsarət yetirən insanlara qarşı cərimələri kəskin sürətdə artıran qanuna imza atıb.

Rusiya İstintaq Komitəsi bugün polis tərəfindən ümumilikdə 10 axtarışın aparılacağını bildirib.

Alexey Navalny bugünkü polis reydini Twitterdə "dəhşətli" sözü ilə səciyyələndirib. Navalnının təbirincə, polis onun qapısını "azqala mişarlamışdı".

Navalnının sözlərinə görə, onun uşaqlarının şəkilləri olan kompyuter diskləri, müxalifət şüarları əks olunmuş paltar və digər geyim əşyaları polis tərəfindən müsadirə olunub.

"Exo Moskvı" radiosu teleaparıcı Ksenia Sobçakın mənzilinində hədəfə alındığını bildirib. Ksenia Sobçak ötən ilin dekabrında keçirilmiş parlament seçkilərindən sonra Moskvada keçirilmiş müxalifət mitinqlərində iştirak etməyə başlayıb və Rusiyada etiraz hərəkatına qoşulub.

İstintaq Komitəsinə çağırılıblar

İyunun 12-ə Moskvada keçirilməsi gözlənilən müxalifət mitinqi Vladimir Putinin Kremldə 3-cü prezidentlik müddəti başladıqdan bəri ilk kütləvi aksiya olacaq.

İstintaq komitəsi Aleksey Navalnı, Sergey Udaltsov, İlya Yaşin və Kseniya Sobçakın sorğu-sual edilmələri üçün sabah Komitəyə dəvət olunduqlarını bildirib.

Navalnının vəkili Olqa Mixaylova bloqerinm mənzilində axtarış keçirilən zaman onun mənzilə polis tərəfindən buraxılmadığını bildirib. Vəkili bunu ona belə hüququ verən qanunun pozulması faktı kimi qiymətləndirib.

İstintaq Komitəsinin sözçüsü Vladimir Markin isə bildirirb ki, vəkil müvafiq sənəd təqdim eədən kimi məzilə buxılıb.

Polis eləcədə Putinin digər tanınmış əlehydarı keçmiş baş bazir müavini Boris Nemtsovun evinə də baş çəkib.

BBC-ə danışan müxalifət fəalı Andrey Piontkovski deyib ki, rəsmilər "Moskva sakinlərini mühüm siyasi aksiyada iştirak etməkdən çəkindirmək istəyirlər".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz