Əlaqə Arxiv
news Image
2012.06.13
20:30
| A A A
Apple Google xəritələrindən imtina edir
 iPhone, iPad və iPod cihazları üçün işlənilmiş yeni iOS6 əməliyyat sistemində indiyədək işlədilən Google maps xəritə xidmətindən istifadə olunmayacaq.

Apple şirkətinin nümayəndəsi bu barədə bəyanatla San-Fransiskoda əməliyyat proqramları mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edib.

3D formatında olan Apple xəritələrin naviqator funksiyasına malik olacağı bildirilib.

San-Fransiskoda səslənən bəyanatdan bir həftə əvvəl 3D xəritələrinin Android sistemlərində təqdim olunacağını Google elan edib.

İphone 4S, iPhone 4 və iPhone 3GS üçün xəritələrin pulsuz olacağı vəd olunub.

Bununla yanaşı yeni iOS6 əməliyyat sistemi 3G xətti ilə videorabitənin qurulmasına imkan verəcək ki, indiyədək videozənglər funksiyası yalnız wi-fi bağlantısını tələb edib.

Gartner şirkətinin təhlilçisi Carolina Milanesi yeni xidmətin reklam baxımından faydalı olacağını deyib.

"Xəritələr auditoriyanın rəğbətini qazanıb. Özünün xəritə xidməti Apple şirkətinə istifadəçilərin fəallığı barədə daha çox məlumat toplamaq və saxlanılmış bu informasiyanı reklam məqsədləri ilə istifadə etmək imkanını yaradacaq".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz