Əlaqə Arxiv
news Image
2012.06.14
16:03
| A A A
Azərbaycanın ən uzun körpüsü pullu olacaq
 Movqe.Az xəbər verir ki, Bakı şəhərində Xəzər dənizi üzərindən avtomobil körpüsünün inşası layihəsi artıq hazırdır. 

Hesablamalara görə, uzunluğu 17 km olacaq bu körpünün tikintisi təqribən 2 mlrd. dollara başa gələcək.

 İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaq, həmin konsorsium körpünün detallı layihəsi hazırlayıb təsdiq olunandan sonra onun tikintisini həyata keçirəcək. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaq.

Qeyd edək ki, bu körpüdən istifadə pullu olacaq, amma burada gediş haqqının məbləğinin nə qədər olacağını indidən demək mümkün deyil.

Onuda qeyd edək ki, bu körpünün tikintisi nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıracaq.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz