Əlaqə Arxiv
news Image
2012.06.15
12:52
| A A A
4 yaşlı qıza təcavüz edildi
Movqe.Az xəbər verir ki, Amerikada ata 4 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edən 47 yaşlı şəxsi döyərək öldürüb. 

Qeyd edək ki, hadisə ABŞ Texas əyalətinin Şiner şəhərində baş verib. Hadisədən sonra isə şəhər sakinləri qızını qoruyan ataya, "Uşaqlarımızı qorumaq üçün biz də eyni addımı atardıq", "öldürülən şəxs layiq olduğu cəzaya məruz qaldı" – kimi sözlərlə dəstək nümayiş etdirib.

Lavaka bölgə şerifi Mixey Harmon hadisənin baş verdiyi anda kiçik qızın fəryadını eşitməsi barədə polisə məlumat verib. Harmon həmçinin təcavüzçünü öldürən atanın həbs olunacağını güman etmədiyini deyib. "Amma yenə də onun cinayətkar olub-olmadığına böyük jüri qərar verəcək", - deyə M.Harmon bildirib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz