Əlaqə Arxiv
news Image
2012.06.16
16:28
| A A A
Ermənilər Ermənistanı kütləvi şəkildə tərk edirlər
Movqe.Az xəbər verir ki, bu il Ermənistandan gedənlərin sayının 100 min nəfərə yaxın olduğunu güman edilir.

69 minə yaxın insan bu ilin ilk beş ayı ərzində Ermənistanı tərk edib. Bunlar ölkəni təyyarə ilə tərk edib və geri qayıtmayanlardır. Ermənistanın "Aykakan jamanak" qəzetinin verdiyi məlumata görə, bu rəqəm Ermənistan Mülki Aviasiya Baş İdarəsinin son hesabatında göstərilib.

 Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkəni 64 min nəfər tərk edib. Bu ilin ilk 4 ayı ərzində isə 50 min, may ayında isə 19 min nəfər Ermənistanı təyyarə ilə tərk edib.

 Hələlik ölkəni digər nəqliyyat vasitələri ilə tərk edənlərə dair statistik məlumatlar açıqlanmasa da, qəzet bu il ölkədən gedənlərin sayının 100 min nəfərə yaxın olduğunu güman edir.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz