Mənzil bazarında artıq uzun müddətdir ki, özünü göstərən problemlərdən biri də aldadılmış payçılarla bağlıdır. Aldadılmış vətəndaşları narahat edən odur ki, onlar fırıldaqçı tikinti şirkətlərinin rəhbərlərinə nə verdikləri pulları geri ala, nə də mənzil sahibi ola bilirlər
Analoji problem şimal qonşumuzda da özünü göstərir. Lakin indi Rusiyada aldadılmış payçılarla bağlı problemlərin həlli üçün əl atılan yollardan biri də, həmin payçıların pulu hesabına tikilən binaların hərraca çıxarılması və nəticəndə əldə olunan vəsaitlərin aldanan şəxslərə ödənilməsidir. İndi Rusiya təcrübəsinin ölkəmizdə də tətbiqi məqsəduyğun hesab edilir.
"Əmlak Bazarı İştirakçıları" İctimai
Birliyinin eksperti Rövşən Talıbzadə Movqe.az-a məsələ ilə bağlı
açıqlama verib: "Həm beynəlxalq təcrübəyə, həm də qonşu ölkələrin
təcrübəsinə baxsaq, görərik ki, evlərin tikitisinə xüsusi nəzarət
mexanizmi var. Belə ki, evlərin alıcılara satışı zamanı, onun
tikilməsi üçün nəzarət xidməti tərəfindən müəyyən vaxt limiti
qoyulur. Əgər tikinti verilən vaxtda başa çatdırılmazsa, bina
sahibkarın əllindən alınaraq hərraca çıxarılır. Binanı alan digər
şəxs tikintini davam etdirir. Bizdə də bu gün şəhərdə yarımçıq
qalan tikililərə təsadüf etmək olur. Bununla bağlı alıcıların
aldadılması halları da yaşanıb. Pul ödədiyi halda mənzili ona gəlib
çatmayan kifayət qədər insan var. Belə halların qarşısının alınması
üçün bizdə də sahibkarların qarşısına müəyyən vaxt qoyulmalıdır.
Əgər bu vaxta kimi tikinti başa çatmasa, həmin yarım qalan binalar
hərraca çıxarılmalı və bu binaları almaq istəyən investorlara
güzəştlər edilməlidir. Lakin bizdə bu sahibkarın fəaliyyətinin
məhdudlaşması hesab olunur deyə həyata keçirilmir. Amma tətbiq
olunsa müsbət nəticələr əldə oluna bilər. Çünki bu problemdən həm
mənzil sahibləri əziyyət çəkir, həm də digər tərəfdən yarım qalan
binalar ətraf ərazilərdə yaşayan insanlar üçün təhlükə mənbəyidir.
Tam hazır olmadığından orda erroziya prosesləri sürətlə gedir,
həmin binalar aşınmağa başlayır. Bir tərəfdən isə bu yarımçıq
tikililər həm də ki şəhərin görünüşü pozulur. Bu baxımdan tikintisi
yarımçıq qalan binalarla bağlı bu kimi müəyyən adıımların atılması
zəruridir".
Birliyin sədri Ramil Osmanlı da
sözügedən təcrübənin ölkəmizdə tətbiqini dəstəklədiyini bildirib:
"İstehlakçi hüquqlarının müdafiəsinə xidmət edən istənilən aksiya
alqışalayiqdir və bunun Azərbaycanda tətbiqi mümkündür. Amma
təəssüflər olsun ki, ölkəmizdə bu cür təşəbbüslər hələ ki, müşahidə
olunmur".