Əlaqə Arxiv
news Image
2012.06.18
22:08
| A A A
Gənc pianoçuların II Respublika müsabiqəsi başa çatıb
 ANS-in verdiyi məlumata əsasən, Gənc pianoçuların II respublika müsabiqəsinə yekun vurulub. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi və gənc istedadların üzə çıxarılması məqsədilə keçirilirdi.

 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə keçirilən müsabiqədə respublikanın bütün bölgələrinin uşaq musiqi və incəsənət məktəblərindən 400-ə yaxın şagird iştirak edib. Müsabiqənin I turu 2012-ci il 30 may - 13 iyun tarixlərində zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turu isə 2012-ci il 14 və 16 iyun tarixlərində Bakı şəhərində keçirilib.

 Münsiflər heyətinin qərarına əsasən 16 gənc ifaçı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülmüşdür.

 Müsabiqədə uğurla çıxış edən şagirdlərə diplom, fəxri fərman və tərifnamələr verilmişdir.

 Qeyd edək ki, müsabiqə qaliblərinin yekun konserti 2012-ci il 19 iyun tarixində saat 18.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz