Əlaqə Arxiv
news Image
2014.03.27
14:28
| A A A
Təhlükəli geyimlər…
Elnarə Alışbəyli: «Bu paltarlar geyildikdən sonra heç olmasa, yuyucu vasitələrlə təmizlənməlidir» Eyyub Hüseynov: «Aparılan monitorinqlər göstərir ki, təkrar istifadə olunan paltarlar bizdə xaricdən alınan qiymətdən dəfələrlə baha qiymətə satılır»

İnsanların böyük əksəriyyətinin ən çox diqqət etdiyi məqamlardan biri də geyimləridir. Xüsusən də zərif cinsin nümayəndələri bu məsələyə daha böyük həssaslıqla yanaşır. Onlar bəzi hallarda xüsusi günlər üçün geyim seçməkdən ötrü icarə mağazalarına da üz tutur. Burda daha sərfəli qiymətə paltar seçmək mümkün olduğundan belə mağazalar müştərilər sarıdan korluq çəkmir. 

Elə paltarların heç də hamısının gigiyena qaydalarına cavab verdiyini isə söyləmək olmaz. Çünki bir paltardan müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən istifadə olunur. Heç kim də zəmanət vermir ki, geyimdən istifadə edən hər hansı şəxs hansısa bir xəstəliyin daşıyıcısı deyil. Bu sıraya "ikinci əl" adı altında satılan bəzi paltarları da aid etmək olar. 

Fizioterapevt Elnarə Alışbəyli də Mövqe.az-a açıqlamasında qeyd edir ki, belə paltarlar müxtəlif infeksiya daşıyıcısı ola bilər. Həkimin sözlərinə görə bu tip geyimlərin düzgün təmizlənməsi mühüm şərtdir: "Paltarların kirayə və "ikinci əl" satılması əsasən əhalinin orta və aşağı təbəqəsi üçün maddi cəhətdən sərfəli bir alış-veriş növüdür. Burada yalnız üst geyimlərdən söhbət gedə bilər. İnsanların dərisinin epidermis qatında gözlə görünməyən müxtəlif gənələr və s. orqanizmlər yaşayıb fəaliyyət göstərir. Bunların müəyyən növləri insan dərisində müxtəlif xəstəliklər törədə bilər. Buna görə də bu paltarlar heç olmasa, geyildikdən sonra yuyucu vasitələrlə təmizlənməlidir. Düzgün təmizləndikdən sonra istifadə olunan "ikinci əl" paltarlar orqanizm üçün təhlükə daşımır". 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə isə, dünyada standarta uyğun olaraq 5 yaşından aşağı uşaqların belə paltarlardan istifadəsi qadağandır: "Lakin bizdə sertifikatlarda belə bir şey qeyd olunmur. Xarici ölkələrdə bu gigiyenik cəhətdən həssas insanlar və uşaqlar üçün yararlı hesab edilmir. Lakin bizdə uşaqlar üçün də belə paltarların satıldığını, istifadə edildiyini görürük. Başqa bir tərəfdən isə, aparılan monitorinqlər göstərir ki, təkrar istifadə olunan paltarlar bizdə xaricdən alınan qiymətdən dəfələrlə baha qiymətə də satılır".

O bildirib ki, ona görə insanlar diqqətli olmalı, öz sağlamlıqlarını özləri düşünməlidirlər.


Sizin Reklam Yeriniz