Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına
görə Bakıda və Abşeron yarımadasında
iyunun 19-da hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında
yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı
var. Mülayim şimal-qərb küləyi gündüz arabir
güclənəcək.
Havanın temperaturunun gecə 16-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə iyunun 19-da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə isə iyunun 19-dan 21-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.