Əlaqə Arxiv
news Image
2012.06.19
14:32
| A A A
Azərbaycanda uşaq pornoqrafiyası yayanlara qarşı cəzalar sərtləşdirilir
Movqe.Az xəbər verir ki, Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsinə Azərbaycan uşaq pornoqrafiyası yayanlara qarşı cəzaların sərtləşməsi barədə təklif  irəli sürülüb.

Qeyd edək əgər əvvəl cərmə 8 min manata qədər idisə, indi bu miqdar 10 min manat olacaq və uşaq pornoqrafiyası yayanlar 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Bu əməllər yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsi daşıyan, təhsil, tərbiyyə, tibb və ya digər müəssisənin müəllimi tərəfindən törədildikdə həmin şəxslər azadlıqdan məhrumetmə ilə bərabər,həm də 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum ediləcəklər.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz