Əlaqə Arxiv
news Image
2014.04.01
22:30
| A A A
Ruhunuzda bahar təmizliyi edin

Havalar istiləşdikcə bəzi insanlarda fiziki və ruhi dəyişmələr olur. Xüsəsən, yaşlı təbəqədə olan xəstəliklər, müxtəlif narahatlıqlar depressiv hallara səbəb olur. 

Bahar depressiyasının əsas əlamətlərinə halsızlıq, istəksizlik, narahatçılıq, yuxu pozğunluğu, iştahsızlıq, konsentrasiya əskikliyi, həddindən artıq əsəbilik, yorğunluq kimi simptomlar aid edilir. Bu zaman serotonin hormonunda anormallıqlar baş verir. Sosial faktorlar da depressiv halların yaranmasına təsir göstərir.

Daha çox özünə inamı aşağı olan, özünə qapanan, özlərinə və ətrafdakılara pessimist olan, insani münasibətlərdə daha zəif və stress dözümlülüyü məhdud olan şəxslərdə bahar depressiyası yaranır. Bu narahatlığı yaşayan bəzi şəxslərdə, hətta ətrafdakılara qarşı qısqanclıq halları olur. Onların xoşbəxt və enerjili olduqlarını gördükdə ümidsizliyə qapılanlar və stressə girənlər az deyil.

Türkiyəli psixoloq İnci Canoğul, bu fəsildə insanların ruhlarına bahar təmizliyi etmələrini məsləhət görüb. Sağlamlıq prosedurları gözlənilməklə psixoloji durumun yaxşılamasına səy göstərilməlidir. Depressiyanı yaradan faktorları aradan qaldırmaq və zərərli vərdişləri tərgitmək sağlamlığa yaxşı təsir göstərir.

Balanslı qidalanmaq, nizamlı yuxu, boş vaxtlarda təmiz hava gəzintisi, yaz depressiyasını aradan qaldırmaqda başlıca prosedurlardan biridir.

Sizin Reklam Yeriniz