Əlaqə Arxiv
news Image
2012.06.20
13:23
| A A A
Hüsnü Mübarəkin ölüm xəbəri yalan idi
Movqe.Az xəbər verir ki, Hüsnü Mübarik hələ sağdır. Həkimlər Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin həyatı uğrunda mübarizəni davam etdirirlər. Bütün gecə Mübarəkin səhhəti barədə ziddiyyətli xəbərlər yayılıb. 

Əvvəlcə keçmiş prezidentin kliniki ölüm keçirdiyi və həkimlərin bu faktı təsdiqlədiyi barədə məlumatlar yayılıb. Onda ürək tutması baş verdiyi, kliniki ölüm vəziyyətində bir müddət həkimlərin reanimasiya tədbirlərinə cavab vermədiyi bildirilib. Bu isə Mübarəkin ölməsi barədə şayiələrə səbəb olub.

 Lakin daha sonra Mübarəkin vəkilləri onun ölməsi barədə məlumatları təkzib ediblər. Misirin bir neçə yüksəkrütbəli məmuru də dövlət televiziyasında çıxış edərək, bu xəbərləri yalanlayıb. Hüsnü Mübarəkin vəkili Fərid əl-Deeb CNN telekanalına müsahibəsində onun səhhətinin qəfil pisləşdiyini, hazırda ağır, lakin stabil olduğunu bildirib. Ən son məlumatlara görə, Hüsnü Mübarək hazırda huşsuzdur və süni nəfəs aparatına qoşulub.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz