Əlaqə Arxiv
news Image
2014.04.10
11:25
| A A A
“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda intensivləşmə yoxdur”
“İnanmıram ki, həmsədr ölkələr Minsk Qrupu çərçivəsində bir araya gəlib ortaq məxrəcin axtarışı ilə ciddi məşğul olsunlar”

"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz. Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür". Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gileyləri həmişə çox olub: "Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı həmsədr ölkələr arasında münasibətlər məncə həddən artıq gərginləşib. İnanmıram ki, Minsk Qrupu çərçivəsində onlar bir araya gəlib ortaq məxrəcin axtarışı ilə ciddi məşğul olsunlar. Əgər Minsk Qrupunda hansısa həll görüntüsü yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü növbəti görüş olub. Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində dayanıb. Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz".

 

Prezidentlərin görüşünə gəldikdə isə, A. Əzimov bu barədə heç bir şərh verə bilməyəcəyini vurğulayıb.


Sizin Reklam Yeriniz