Əlaqə Arxiv
news Image
2012.06.21
13:24
| A A A
Ölmək üzrə idi, mahnını eşitdi və oyandı

Movqe.Az bildirir ki, Yeddi yaşındakı Çarlotte Neve yaşına görə nadir görülən bir şəkildə beyin qanaması keçirib və komaya girib.

Kiçik qız bir həftədən çox komada qaldığına görə, həkimlər Leila Neveyə qızıyla vidalaşmasını söyləyiblər. Ölümlə burun buruna gələn və danışma, görmə qabiliyyətlərini itirmə təhlükəsi də olan kiçik Çarlotte anasıyla vidalaşarkən möcüzəvi bir hadisə yaşanıb.

31 yaşındakı ana Leila vidalaşmağa gəldiyində ana-qızın birlikdə söylədiyi Adelenin "Rolling In The Deep" mahnısı radioda yayımlanmağa başlayıb. Qızının qulağına mahnını pıçıldayan ana bir anda qızının gülümsəməyə başladığını görüb. Həkimləri çaşdıran hadisədən iki gün sonra Çarlotte oyanıb və danışmağa, yatağından qalxmağa başlayıb.

 Həyatda qalsa belə bir daha danışa bilməyəcəyi söylənilən Çarlotte iki ay sonra gəzməyə, danışmağa başlayıb. Bundan əlavə, məktəbə və hətta rəqs dərslərinə də getməyə davam edib.

 Qızına sarılaraq mahnı oxuyan Leila Neve: "Bunun möcüzə olduğuna inanıram. Tibb bacıları gülümsəməyi görüncə mənə davam etməmi söylədilər və məndə mahnını oxumağa davam etdim. Sonra o, bir dəfə daha gülümsəyib. Tibb bacıları mənim kilidi açdığımı söyləyib və o gündən sonra qızım get-gedə daha yaxşılaşıb."

Sizin Reklam Yeriniz