Əlaqə Arxiv
news Image
2014.04.17
08:36
| A A A
Bağ evlərinin də qiyməti artmağa başladı
Nüsrət İbrahimli: "Bağ evlərinin qiymətinin artmağa başlaması mövsümü aylarla bağlıdır" Ramil Osmanov: " Baş verən qiymət artımında mövsümlə bağlı amillər həlledicidir "

Son zamanlar bağ evlərinin qiymətində müəyyən bahalaşma qeydə alınmaqdadır. Hazırad özünü cüzi şəkildə göstərən bahalaşmanın yaxın günlərdə daha böyük hədlə müşahidə olunması proqnozlaşdırılır.

Məlumdur ki, adətən isti aylarda insanlar daha sərin məkanlar olan bağ evlərinə üz tutmağa üstünlük verir. Buna əsasən də həmin dövrdə bağ evlərinə tələbat artır. Bağ evləri ilə bağlı baş verən son hadisənin səbəblərini və bu bahalaşmanın özünü nə dərəcədə göstərə biləcəyini aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimli bunu mövsümlə əlaqələndirdi: "Bağ evlərinin qiymətinin artmağa başlaması tendensiyası təbii ki, mövsümü aylarla bağlıdır. Əvvəlki illərin təcrübəsinə istinad etsək, görərik ki, mövsümü aylarda torpaq və bağ evlərinin qiymətləri artıma meylli olur. Çünki, həmin aylarda əvvəlki dövrlə müqayisədə daha çox insan bu bazara üz tutur. Yay aylarında istirahət mövsümünün olması fonunda vətəndaşlar özlərinin bu ehtiyacını bir sıra hallarda bağ evlərində keçirməyə üstünlük verir. Belə olan halda da bazarda bağ evlərinin qiyməti artır. Bu da bağ evlərinə tələbatın artmasının nəticəsidir".

Ekspert bağ evlərinin bahalaşmasında insanların gəlirlərinin artmasının da müəyyən dərəcədə rol oynadığını bildirdi: "İnsanların gəliri artdıqca, onlar istirahətə daha çox vaxt ayırmaq imkanı əldə edir. Bu ərəfədə kimlərin bağ evi yoxdursa, imkanları olduqca onu almağa çalışır, bağ evi olanlar da burada təmir və rekonstruksiya işlərinə böyük önəm vermək istəyir. İnsanların son illər gəlirlərinin artması bu sahəyə yönəldilən vəsaitin də çoxalmasını stimullaşdırır. Son nəticədə proses bağ evlərinin qiymətinin bahalaşmasına gətirib çıxarır".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı da qeyd etdi ki, baş verən qiymət artımında mövsümlə bağlı amillər həlledicidir. Eyni zamanda, o vurğuladı ki, proses kəskin xarakter almayacaq: "Burada heç şübhəsiz əsas faktor rolunda mövsümü amillər rol oynayır. Həmçinin, burada bazardakı ümumi konyukturadan asılı olan məsələlər də var. Bilirsiniz ki, ötən ildən fərqli olaraq bu il bazarda bütün seqmentlərdə qiymət artımları müşahidə edilir. İstər mənzil, istərsə fərdi yaşayış evlərinin qiymətində, bağ evləri, kotteclərdə bu artımlar baş verir. O cümlədən, yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq bağ evlərinə tələbatın artması bu sahədə bahalaşmaya təsir göstərir. Amma bağ evlərinin qiymət bahalaşması o qədər də kəskin və davamlı xarakter daşımayacaq. Yəqin ki, iyun ayının sonu, iyulun əvvəllərinə qədər bağ evlərinin qiymətində artımlar olacaq. İyul ayının ortalarından başlayaraq isə yəqin ki, bu qiymətlərdə stabilləşmə baş verəcək".

Sizin Reklam Yeriniz