Əlaqə Arxiv
news Image
2012.06.23
14:33
| A A A
Bu gün Dövlət qulluqçularının peşə bayramıdır
Movqe.Az xəbər verir ki, Azərbaycanda 11 126 nəfər dövlət qulluqçusu kimi pensiya alır.

Bu gün Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir.

Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır.

Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

Xatırladaq ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz