Əlaqə Arxiv
news Image
2012.06.24
18:09
| A A A
Füzulinin daha 2 kəndinə təbii qaz verilib
Movqe.Az xəbər verir ki, bu gün Füzuli rayonunun Qarabağ və Bala Bəhmənli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib. 

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata əsasən, tədbirlərdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

190 abonenti olan Qarabağ kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13645 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 190 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

 Əlavə olaraq 410 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz