Əlaqə Arxiv
news Image
2012.06.25
12:02
| A A A
Paytaxtda yol qəzası baş verib
Movqe.Az xəbər verir ki, ötən gün paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Hadisə Bakı şəhərinin Xəzər rayonunda baş verib. Hadisə zamanı maşın piyadanı vurub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumatına görə, Xəzər rayonu ərazisində Pərviz Əmirov "VAZ-2107" markalı avtomaşını idarə edərkən 50-55 yaşlı kişini vurub. Nəticədə, həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb. Ölən şəxsin kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz