Əlaqə Arxiv
news Image
2012.04.06
14:42
| A A A
Həkim yoxsa internet?

Bu gün Azərbaycanda həkimə getməyib, özünü ev şəraitində müalicə etmək, insanlar arasında  vərdiş halını alıb. Bir çoxu bunu həkimlərə olan inamsızlıqla izah edirlər.

 

Hal-hazırda hər bir kəsin evində internet var. Və əhalinin yarısı demək olar ki, internet vasitəsilə özlərinə diaqnoz qoyurlar və müalicəyə başlayırlar. Lakin görəsən özünü müalicə etməyin hansı fəsadları var?

 

 Bu haqda Movqe.Az-a həkim-terapevt Nəcibə Axundzadə açıqlama verdi.

 

Həkimin sözlərinə görə, məsləhətsiz özbaşına olan müalicə çox vaxt fəsadlara yol açır: "İnsanlar düşünürlər ki, gedib həkim müayinəsində növbədə durmaqdansa, aptekə girib lazımi dərmanları alıb içərəm. Lakin başa düşmürlər ki, bəzən onlar xəstəliklərində yanıla bilərlər. Və bunun fəsadları qarşısı alınmaz olar".

 

"Gedib həkim yanında gözdəməkdənsə, sonrada onun sizə qoyduğu diaqnoza qulağ asmaqdansa, evdə özüm müalicəmi alaram. Çünki həkim cürbəcür reseptlər yazacaq.Bu reseptlərdən internetdə də, tapa bilərəm", - 23 yaşlı həmsöhbətim Sevinc Əliyeva dedi.

 

"Əslində internet vasitəsiylə özünə diqanoz qoymaq düz deyil. Çünki internetdə o resepti yazan şəxs, sizin hansı orqanizmə sahib olduğunuzu bilmir. Dərmanlar insana orqanizmdən asılı olaraq təsir edir. Bu səbəbdən də, bu cür müalicələr olduqca təhlükəlidirlər. Yaxşı olardı ki, heç kəs öz başına müalicə almasın. Elə dərmanlar var ki, istifadə etdikdən sonra mənfi təsir bağışlayır. Bu isə olduqca təhlükəlidir", - həkim N.Axundzadə dedi.

 

Türkan Nadirqızı

Sizin Reklam Yeriniz