Əlaqə Arxiv
news Image
2014.04.28
17:35
| A A A
Mərakeş çəyirtkələri əkin sahələrini məhv edir
Vahid Məhərrəmov: «Bunlar daim dinamik hərəkətdə olduğundan bir yerdə dayanmır və tezliklə yayılırlar»

Adətən isti aylarda bitkilərə ciddi zərər vuran Mərakeş çəyirtkələri yenidən peyda olub. Əsasən Aran rayonlarında müşahidə olunan zərəvericilər havaların istiləşməsindən sonra aktivlyi ilə seçilir. Çəyirtkələr hazırda  əkin aparılmayan yerləri cənginə alıb. Düzdür, zərərvericilərin kütləvi şəkildə miqrasiya etmək xüsusiyyətləri nəzərə alan Respublika Bitki Mühafizə Mərkəzinin mütəxəsissləri artıq bir neçə gündür qabaqlayıcı tədbirlərə başlayıblar.  Ancaq problemin tam həll olunduğuun hələ söyləmək mümkün deyil.  

Bu həşəratların qısa müddət ərzində qonşu rayonlara, hətta qonşu respublikalara keçə biləcək qədər təhlükəli olduğunu deyən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov  məsələ ilə bağlı bildirir: "Son vaxtlar bitkilər arasında belə bir təhlükənin yaranmasına səbəb odur ki, bu sahədə yetərincə lazımi tədbirlər görülmür. Bu çəyirtkələr yumurta qoyur və növbəti il görürsən ki, çəyirtkələr həmin əkin sahələrinə ciddi zərər vurub. Bunun qarşısını almaq üçün vaxtı-vaxtında mübarizə tədbirləri görmək lazımdır. Tədbirlər görülməlidir ki, onlar nəsilartırma fazasına qədər yaşaya bilməsinlər.  Təəssüflər olsun ki, bizdə belə mübarizə tədbirləri yetrincə aparılmır. Həm də bizdə növbəli əkin sisteminə də əməl olunmur. Belə olan halda zərərvericililər çox asanlıqla yayıla bilirlər. Hökümət ciddi tədbirlər görməlidir. Bunu cürbəcür vasitələrlə etmək olar. Məsələn, kimyəvi maddələrin köməyi sayəsində mübarizə tədbirləri aparmaq olar. Biloloji tədbir olaraq onlarla qidalanan quşların ölkədə populyasiyasına nail olmaq olar. Mexaniki tədbirlərdən də istifadə oluna bilər. 

Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi ilə ağacəkmə kampaniyası həyata keçirildi ki, bu zaman könüllülər ərazini də təmizlədilər. Onlar az müddətdə mübarizə tədbirləri gördülər. Bu bütün üçün mübarizə tədbirləri gördülər. Bu tədbirlər tək bir yerə yox, bütün ölkə ərazisində həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, bu həşəratlar sutka ərzində 30 km-ə qədər məsafəni qət edə bilirlər.   Bunlar daim dinamik hərəkətdə olduğundan bir yerdə dayanmır və tezliklə yayılırlar. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu respublika ərazisinə asanlıqla  keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın".


Sizin Reklam Yeriniz