Əlaqə Arxiv
news Image
2014.04.30
15:35
| A A A
Çöpçülər: fırıldaqçılar, yoxsa…
Adil Qeybulla: «Çöpçülüyün heç bir elmi əsası yoxdur və bu işlə məşğul olan fırıldaqçılardır» Rəşid Mahmudov: «Hər hansı narahatlıq olarkən valideynlər ilk növbədə qulaq-burun-boğaz həkiminə müraciət etməlidirlər»

Sirr deyil ki, körpə uşağı olan valideynlərin üz tutduqları  insanlardan biri çöpçülərdir. Bəzən olur ki, uşaqda qızdırma, qarın ağrısı, nəfəs almada problem olan kimi bir çox valideynlər çöpçülərə üz tuturlar. Çöpçülər isə üfürərək uşağın burnundan müxtəlif meyvə qabığı, tumu, kiçik sümük qırığı belə çıxarırlar. Hətta bəzən qəpik çıxaran çöpçülər belə olur. Valideynlər isə əksər hallarda çöpçülərin  daimi müştərisi olmağa. Nəticə olaraq bu gün çöpçülərin qazancı kifayət qədər yaxşıdır. 

Tibb məsələləri üzrə ekspert Adil Qeybulla bildirir ki, çöpçülüyün heç bir elmi əsası yoxdur və bu işlə məşğul olan fırıldaqçılardır. Həkim bildirir ki, çöpçülərin istifadə etdikləri alətlər heç də steril deyil və müxtəlif xəstəliklərin daşıyıcısı ola bilər: "Çöpçülüyün heç bir elmi əsası yoxdur və tamamilə fırıldaqçılıq hallarıdır. Ümumiyyətlə, onlara çox vaxt boğaz hissədə qıcıqlanma olan, iltihab əlamətləri olan şəxslər müraciət edirlər. Çöpçülər çox asanlıqla şəxslərə müxtəlif xəstəliklər  yeridə bilərlər. Xüsusən də indiki vaxtda hepatit virususnun geniş yayıldığı dövrdə bu, ümumiyyətlə, təhlükəlidir. Çünki, çöpçülərin istifadə etdikləri alətlərin harada, necə sterilizə olunması sual altındadır. Bu işlə məşğul olanların  əksəriyyəti təhsili olmayan, avam insanlar olur. Buna görə də, məsləhət görərdim ki, insanlar bu cür aldatma üsullarından istifadə eləməsinlər. Ölkədə kifayət qədər qulaq-burun-boğaz həkimləri var ki, bunlar müxtəlif müasir texnika ilə, alətlərlə, kamerlarla, qırtlağa, boğazın bütün ətrafına baxmaq, müalicə etmək, ordakı yad cisimləri görmək, lazım olarsa, çıxarmaq imkanları var. Ona görə də çöpçülərə müraciət etmək qətiyyən düzgün deyil. Onlar heç əlcəkdən də istifadə etmirlər. Adi suda yuduqları əlləri ilə birbaşa xəstənin boğazına müdaxilə edirlər. İnsan boğazı isə  hər cür infeksiyalara həssasdır". 

Tibb elmləri namizədi Rəşid Mahmudov da valideynlərə çöpçülərdənsə, qulaq-burun-boğaz həkiminə müraciət etməyi məsləhət görür: "Ümumiyyətlə, orqanizmdə 3 orqanın quruluşu təkmilləşməyib. Bunlardan birincisi göz yuvasıdır. Ona görə ki, göz yuvası silindrik, oval, eləsi də var ki,daiəvi şəkildədir. Bu, doğuş zamanı formalaşır. Ona görə 2 yaşı olmamış uşaqlara eynək yazılır. İkincisi, böyrəkdir. Böyrək ləyəni bir azca da olsa çəpinə yerlərşsə idi, o ləyəndə duzlar qalmazdı. Daş da əmələ gəlməzdi. Üçüncüsü isə udlaqdır. Udlağın arxa hissəsində iti bucaq şəklində hissə var ki, nəsə udulanda, ən çox da uşaqlarda baş verir ki, qida gedib o hissədə qalır.  Qida orda qaldıqda isə çürümə gedir. Qida çürüdükcə uşaqlarda müxtəlif narahatlıqlar, qızdırma, qarın ağrısı olur və s. Çöpçülərin gördüyü işin isə elmi əsası olsa da, onların çoxu fırıldaqçıdır. Onların çoxu deyir ki, uşaqğın boğazından hansısa meyvənin tumunu çıxardım. Əslində, orada qalan tum yox, qida qalığıdır ki, o da orada çürüyür. Hər hansı narahatlıq olarkən  valideynlər ilk növbədə qulaq-burun-boğaz həkiminə müraciət etməlidirlər. Həkim xüsusi alətlərlə yoxlmalar aparıb qida qalığını aşkarlaya, lazım olarsa, onu təmizləyə də bilər. Çöpçü isə guya onu çıxarmaq üçün üfürür. Əslində, o üfürəndə, əgər hər hansı xəstəliyi varsa, avtomatik olaraq uşağa da keçir. Bu da göstərir ki, üsul düzgün deyil". 


Sizin Reklam Yeriniz