Əlaqə Arxiv
news Image
2014.05.01
15:49
| A A A
Bina tikintisi şəhərətrafı ərazilərə keçə bilər
Ramil Osmanlı: «Hökümət bu istiqamətdə konkret ödənişlərlə bağlı müəyyən güzəştlər tətbiq edə bilər»

Bu gün Azərbaycanda əhalinin mənzil tələbatı gündən-günə artmaqda davam etsə də, bu, hələ ki tam olaraq ödənilə bilmir. Ancaq maraqlıdır ki, satışda mənzil tapmaq da problem deyil. Sadəcə, qiymətləri nnamünasib olması daha çox insana mənzil sahibi olmağa imkan vermir. Hesab olunur ki, vəziyyətdən çıxış yolu kimi d.vlətin işə qarışması  ilə yeni çoxmərtəbəli binalar tikilib bazara təqdim olunsa, bu, qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsiən gətirib çıxara bilər. 

Yeni binaların tikilməsi və daha ucuz başa gəlməsi üçün isə Bakıətrafı boş ərazilərdən istifadə oluna bilər. Maraqlıdır ki, şəhərkənarı ərazilərdə kifayət qədər boş torpaq sahəsi olsa da, çoxmərtəbəli binların sayı belə yerlərdə çox azdır. Uzun müdətdir ki, şəhərdə yaşanan sıxlıq həm də  bu səbəblə əlaqədardır. Ekspertlər isə bildirirlər ki, burda əsas məsələ şirkətlərin şəhərkənarı ərazilərdə tikinti aparması üçün stimullaşdırıcı addımları atılmasıdır. 

Belə ki, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı stimullaşdırıcı adım kimi, dövlətin tikinti şirkətlərinə vergi güzəştləri tətbiq etməsini təklif edir: "Əslində, bu gün şəhərdən kənar ərazilərdə bəzi tikinti işləri gedir. Məsələn, Masazır qəsəbəsində  "Yeni Bakı", "Qurtuluş 93" kimi yaşayış kompleksləri var. 

Hökümət də bu kimi ətraf ərazilərdə çoxmərtəbəli binaların tikintisini stimullaşdıra bilər. Bunun üçün ayrı-ayrı tikinti şirkətlərinə güzəştlər tətbiq etilməlidir. Bu güzəştlər vergi ödəmələri, ayrı-ayrı sənədlərin toplanmasında tətbiq olunan ödənişlərlə, texniki şərtlərin alınması ilə bağlı edilən ödənişlərdə bağlı ola bilər. İlkin olaraq şəhərin mərkəzi ilə müqayisədə iki-üç dəfə fərqli qiymətlər təklif edilə bilər. Bu zaman tikinti şirkətləri şəhərdənkənar ərazilərdə binların tikilməsində maraqlı olar. Çünki burda iqtisadi səmərərlilik faktoru mühüm rol oynayır.   Hər hansı tikinti şirkəti işə başlayarkən əvvəlcə öz gəlirini proqnozlaşdırır. Gəlirlərin hansı səviyyədə olması, eyni zamanda mənfəətin olub-olmaması məsələsi düşündürücü olduğuna görə, tikinti şirkətləri bəzi hallarda şəhərdən kənarda tikintiyə üstünlük vermirlər. Ona görə də, hesab edirəm ki, hökümət bu istiqamətdə konkret ödənişlərlə bağlı müəyyən güzəştlər tətbiq edə bilər".  


Sizin Reklam Yeriniz