Əlaqə Arxiv
news Image
2014.05.06
12:02
| A A A
TQDK-dan jurnalist olmaq istəyənlərə xoş xəbər

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti 12 maya kimi uzadılıb

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Anspress-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti 12 may saat 23:59-a qədər uzadılıb. 


Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. 


Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Sizin Reklam Yeriniz