Əlaqə Arxiv
news Image
2012.06.28
12:06
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında iyunun 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 19-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə iyunun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında Respublikanın şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

İyunun 29-dan başlayaraq hava şəraitinin sərinləşəcəyi, qeyri-sabit keçəcəyi, küləkli olacağı gözlənilir.

Sizin Reklam Yeriniz