Əlaqə Arxiv
news Image
2014.05.21
17:42
| A A A
Parkomatlarda da qiymətlər baha sayıldı
Natiq Ələkbərov: «Qiymətin uyğun olması hamını kütləvi şəkildə o xidmətdən istifadə etməyə istiqamətləndirəcək»

Şəhərdə mövcud qeyri-qanuni dayanacaqların ləğvi üçün parkomatlar quraşdırılmağa başlayıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq Bakının bir neçə yerində, konkret olaraq Xəqani, Tolstoy, Yusif Məmmədəliyev küçələrində və Qoşa Qala qapısının qarşısında parkomatlar quraşdırılıb.

Ümumilikdə şəhərin mərkəzi hissəsində müvəqqətı parketmə üçün 288 yer müəyyən edilib. İndi vətəndaş şəxsi avtomobilin bu parkomatların quraşdırıldıqı yerlərdə park etmək istəyirsə, o zaman 30 dəqiqə üçün 50 qəpik, 1 saat üçün 1 manat, 2 saat üçün isə 2 manat pul ödəyəcək. Əgər yaşadıqınız ünvanın yaxınlıqında bu cür parkomatlar quraşdırılıbsa, o zaman siz aylıq abunədə ola bilərsiniz. Quraşdırılan parkomatlar tam sistem şəkilində birləşdikdən sonra nəqliyyatı intelektual idarə etmə mərkəzi tərəfindən də izləniləcək. Hələlik isə narazılıq doğuran yeganə məqam qiymətlərdir. 

Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Movqe.az-a məsələ ilə bağlı fikirlərini bildirib. Ekspert qeyd edir ki, qiymətlər hamının cibinə uyğun şəkilə salınmalıdır: "Bu, hər şeydən əvvəl sosial məsələdir. Ona görə də qiymətlər tənzimlənməlidir. Hamının istifadə edə biləcəyi bir ölçüdə qiymətlər qoyulmalıdır. Bunlar hər hansı marağa xidmət etməkdən əlavə, insanların rahat dayanacaq yeri əldə etməsinə, eyni zamanda ondan istifadə edənlərin ödəmə qabiliyyətinə uyğun olmalıdır. Qiymətin uyğun olması hamını kütləvi şəkildə o xidmətdən istifadə etməyə istiqamətləndirəcək. Hesab edirik ki, ilkin vaxtda qiymətlər elə olmalıdır ki, hamını o xidmətə alışdırmağa kömək etsin. Yuxarı qiymətlər heç kimin diqqətini çəkmir. Ona görə də,  hesab edirəm ki, aidiyyatı qurumlar mövcud qiymətlərə yenidən baxmalıdır".  

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev parkomat qiymətləri ilə bağlı Trend-ə açıqlama verib. O deyib ki. Bakıda müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödənişlər üçün 3 zona müəyyən ediləcək. Şəhərin mərkəzindən kənara getdikcə qiymətlər aşağı olacaq. Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində avtomobilləri park etmək üçün ödənişli qarajlar çoxdur. Lakin kənarlarda belə qarajlar yoxdur. Təbii ki, əhalinin rahatlığı üçün orada da nizam-intizam yaratmaq lazımdır. Amma orada qiymətlər daha ucuz olacaq.

H.Abdullayev bildirib ki, parkomatların hamısı dövlət xətti ilə gətirilib quraşdırılacaq və yığılan pullar Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə köçürüləcək. Onun sözlərinə görə, müvəqqəti duracaqlar videomüşahidə altında olduğundan, sürücü avtomobili 30 dəqiqədən artıq saxlasa, əlavə olaraq 5 dəqiqə də gözləniləcək: "Əgər yenə də ödəmə edilməsə, avtomobilin sahibi avtomatik olaraq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cərimə olunacaq və ona bu barədə yol polisi tərəfindən bildiriş göndəriləcək".

H.Abdullayev deyib ki, bundan əlavə, avtomobili müvəqqəti duracaqda 4 saatdan artıq saxlamaq mümkün olmayacaq: "Bu müddət maksimum 4 saat müəyyən edilib. Çünki artıq həmin parkomatda ödəmə etmək mümkün olmayacaq. Bundan sonra sürücü avtomobili həmin duracaqdan götürməlidir. Ən yaxşı halda o, avtomobili başqa müvəqqəti duracaqda və ya parkinqlərdə saxlaya bilər. 


Sizin Reklam Yeriniz